image-1backend

Metyu Miller: ”Rəsmi Ankara ilə işləməyə davam edəcəyik”

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyənin çox önəmli NATO müttəfiqi olduğunu vurğulayaraq rəsmi Ankara ilə işləməyə davam edəcəklərini bəyan edib.
Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller prezident Rəcəb Tayyib Ərdoğanın ”Həmas”ın terror təşkilatı olmadığı ilə bağlı açıqlamalarından sonra Türkiyənin NATO-dan çıxarılması çağırışları ilə bağlı sualı cavablandıraraq deyib: ”Bu məsələdə fikir ayrılıqlarımız olsa da, deyə bilərəm ki, Türkiyə NATO-nun çox önəmli müttəfiqidir”.
Rəsmi Ankara ilə işləməyə davam edəcəklərini bildirən Miller İsveçin NATO-ya üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərildiyini də xatırladıb.
“Biz NATO-nu gücləndirmək üçün Türkiyə ilə işləməyə davam etməyi səbirsizliklə gözləyirik” deyən Miller bura İsveçin NATO-ya daxil olmasının sürətlə həyata keçirilməsinin daxil olduğunu vurğulayıb.
Metyu Miller Türkiyəni hələ də məhsuldar və konstruktiv NATO müttəfiqi olaraq gördüklərini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki