image-reklam-veteninfo
image-1backend

Misir razılaşdı – Fransa 24

image-reklam-veteninfo

Misir Qəzza zolağında ağır yaralanan fələstinliləri müalicə üçün qəbul etməyə razılıq verib, insanların son Fələstin-İsrail münaqişəsi zamanı bağlanmış Rəfah keçid məntəqəsindən keçməsinə icazə verib. Vətəninfo.az xəbər verir ki, bu barədə “France 24” nəşri mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Qəzza zolağının sərhədçiləri Misirin noyabrın 1-də 81 yaralı qəbul edəcəyini bildiriblər.

“Tibb qrupları yaralıları müayinə etmək üçün nəzarət-buraxılış məntəqəsində olacaq… və onların hansı xəstəxanalara aparılacağına qərar verəcək”, – tibb rəsmisi AFP-yə bildirib.

“Rəfəh” keçid məntəqəsinin təhlükəsizlik xidmətinin əməkdaşlarından biri bu məlumatı təsdiqləyib.

ABŞ yaralıların keçidinin Qəzzada olan yüzlərlə Fələstin əsilli amerikalıya Rəfahdan keçmək imkanı yaradacağına ümid etdiyini bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə bir ehtimalla bağlı konkret məlumat olanda Qəzzada olan ABŞ vətəndaşlarına bu barədə məlumat veriləcəyini bildirib.

Xarici hökumətlər Qəzza zolağında 44 ölkənin vətəndaşlarının yaşadığını və BMT strukturları da daxil olmaqla 28 müxtəlif qurumda çalışdıqlarını bildiriblər.

Onlarla yük maşını da son günlər Rəfah keçid məntəqəsindən keçərək Qəzza zolağına daxil olaraq son dərəcə ağır vəziyyətdə sakinlərə humanitar yüklər çatdırıb.

Oktyabrın 7-dən, HƏMAS-ın qəfil hücumu nəticəsində 300-ə yaxın İsrail əsgəri və 1100 mülki şəxs həlak olduqdan sonra İsrail Qəzza zolağında hava hücumları həyata keçirir və quru əməliyyatlarını da genişləndirir. İndi HƏMAS-la döyüşlərdə həlak olan İsrail əsgərlərinin sayı 326-dır. İsraildən qaçırılan 240-a yaxın adam HƏMAS-ın əsirliyindədir.

Fələstin Səhiyyə Nazirliyi İsrailin atəşi nəticəsində minlərlə uşaq olmaqla 8500-dən çox insanın həlak olduğunu bildirib. İsrailin blokadası nəticəsində Qəzza zolağında çətin humanitar vəziyyət yaranıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki