İraqın Mosul şəhərində şadlıq evində baş verən yanğında 100 nəfər həyatını itirib, yaralananların sayı isə 500 nəfərə yüksəlib.
Vətəninfo.az xəbər verir ki, İraqın İNA xəbər agentliyinin yaydığı məlumata əsasən, Mosulun Hamdaniyyə rayonundakı şadlıq evində yanğın baş verib.
Mosul Səhiyyə İdarəsinin müdirinin müavini Əhməd Həmdani yerli mətbuat nümayəndələrinə açıqlama verərək Mosulun Hamdaniyyə rayonundakı şadlıq evində baş verən yanğında 100 nəfərin öldüyünü, 500 nəfərin isə yaralandığını bildirib. O, atəşfəşanlığın səbəb olduğu yanğın zamanı şadlıq evində 800 nəfərin olduğunu qeyd edib.
Bölgəyə çox sayda yanğınsöndürmə briqadası və təcili tibbi yardım maşınları göndərilib. Daxili işlər naziri Əbdüləmir Şammarinin də bölgəyə gedəcəyi açıqlanıb.


























