image-1backend

NATO Tokioda nümayəndəliyini açır

image-reklam_sirab_01

NATO-nun Asiyada ilk daimi nümayəndəliyinin Tokioda açılması məsələsi gündəmdən çıxarılmasa da, qərarın qəbulu vaxt tələb edir.

Vətəninfo.az-ın məlumatına görə, bunu Yaponiyada səfərdə olan Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibinin köməkçisi David van Wiel NHK telekanalına müsahibəsində deyib.

“Tokioda nümayəndəliyin açılması məsələsi müzakirədən çıxarılmayıb. Ümumiyyətlə, NATO-nun belə bir qərara münasibəti müsbətdir. Lakin onun inkişafı prosesi vaxt aparacaq”, – deyə o bildirib.

Baş katibin köməkçisi xatırladıb ki, NATO-ya üzv olan 31 ölkə arasında bu münasibətlə müxtəlif fikirlər var.

Onun sözlərinə görə, bir neçə həftə ərzində Yaponiya və Şimali Atlantika Müqaviləsi Təşkilatı nümayəndələrinin kibertəhlükəsizliklə bağlı görüşünün keçiriləcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image