image-1backend

Ofir Qendelman: ”Həması məhv etdikdən sonra atəşkəs ola bilər”

image-reklam_sirab_01

İsrail Baş Nazirliyinin sözçüsü Ofir Qendelman Təl-Əviv və Vaşinqton arasında bəzi fikir ayrılıqlarının olduğunu və Qəzzada hazırda atəşkəsə icazə verməyəcəklərini bildirib.

Vətəninfo.az xəbər verir ki, Ofir Qendelman ”Zoom” videokonfrans platforması vasitəsilə keçirdiyi mətbuat konfransında atəşkəsin ”Həmas”a yenidən qruplaşmaq imkanı verəcəyini, buna görə də buna imkan verməyəcəklərini bildirib.
“Həması məhv etdikdən sonra atəşkəs ola bilər” deyən Qendelman dünən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMGK) atəşkəs çağırışı qərarının rədd edildiyinə diqqət çəkib.
ABŞ-ın ”Həmas”a qarşı müharibəni dayandırmaq üçün göstərilən təzyiqlərə qarşı Təl-Əvivin yanında olduğunu, lakin iki ölkə arasında da bəzi fikir ayrılıqlarının olduğunu qeyd edən Qendelman deyib:“Bəli, müharibədən sonrakı proseslə bağlı Vaşinqtonla aramızda fikir ayrılıqları var. Ancaq bu mövzuda ümid edirik ki, ortaq bir anlaşma əldə edə bilərik”.

Qeyd edək ki, BMT Baş Assambleyasında Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə ilə bağlı xüsusi sessiya keçirilib.

Misirin irәli sürdüyü qətnamə layihəsi qəbul olunub.

Mәlumata әsasәn, sənədin lehinə 153, əleyhinə 10 ölkə səs verib (Avstriya, Çexiya, Qvatemala, İsrail, Liberiya, Mikroneziya, Nauru, Papua Yeni Qvineya, Paraqvay və ABŞ), 23 dövlət isə bitərəf qalıb.

Səsə qoyulmuş Baş Assambleyanın qətnamə layihəsində bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi və savaşan tərəflərin beynəlxalq hüquqa, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı tələblərə əməl etmələri tələb olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki