Pakistan ordusu nüvə başlığı daşıya bilən “Ababil” raketi sınaqdan keçirib.
Vətəninfo.az xəbər verir ki, Pakistan ordusundan bildirilib ki, sınaq silah sisteminin müxtəlif dizaynlarını yenidən yoxlamaq və müxtəlif alt sistemlərin texniki parametrləri və performansını qiymətləndirmək məqsədi daşıyır. “Ababil” raketi uğurla sınaqdan keçirilib.
Silah sistemi çəkindirməni gücləndirmək və regionda strateji sabitliyi artırmaq məqsədi daşıyır.
Nüvə başlığı daşımaq gücünə malik “Ababil” raketinin sınaq atışını Baş Qərargah rəisi Şəmşad Mirzə izləyib.


























