image-1678796622_pasinyanbackend

Paşinyan: Biz ordumuzu buna görə gücləndiririk

image-reklam_sirab_01

“Müdafiə xərcləri iki dəfədən çox artacaq, lakin bu, müharibəyə deyil, sülhə hazırlıqdır. Vətəndaşların təhlükəsizlik hissi sülh və sabitliyin əsas təminatçısıdır”, -Vətəninfo.az xəbər verir ki, bunu  Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü il büdcəsinin müzakirəsi zamanı deyib.

O, əmin olduğunu bildirib ki, bütün qonşu dövlətlər Ermənistanın heç kimə hücum etmək niyyətində olmadığını bilirlər.

“Bu kontekstdə iki səbəbdən Silahlı Qüvvələrdə islahatlarla bağlı səslənən narahatlığı səmimi hesab etmirəm. Birincisi, ordunu dəyişmək, islahat etmək hər bir müstəqil dövlətin təkcə haqqı deyil, həm də borcudur ki, biz bunu edirik. İkincisi, son on ildə Azərbaycanın hərbi xərcləri orta hesabla Ermənistanınkından bir neçə dəfə çox olub və belə qalmaqda davam edir”, – Paşinyan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki