image-1backend

Praqa Universitetində dəhşətli qətliamın şok təfərrüatları -VİDEO

image-reklam_sirab_01

 Dekabrın 21-də Praqa Universitetində baş verən atışma nəticəsində ölənlərin sayı 14-ə çatıb, 24 nəfər yaralanıb. 24 yaşlı qatil universitetin tələbələrindən olub. O da ölüb. Qatilin atası da ölü tapılıb. Bu, Çexiyada ən dəhşətli kütləvi atışma hesab olunur. Vətəninfo.az  xəbər verir ki , bu barədə “Reuters” məlumat yayıb.

Çexiya hökuməti dekabrın 23-ü atışma qurbanları üçün matəm günü elan edib.

Praqa polis rəisi Martin Vondracek bildirib ki, səhər saatlarında həmin şəxsin Kladno bölgəsindəki qəsəbəsindən Praqaya öz həyatına son qoymaq niyyəti ilə getdiyi barədə məlumat daxil olub. Bu xəbəri alandan sonra atıcının atası ölü tapılıb.

Polis atəş açan şəxsin mühazirə oxumalı olduğu Karle Universitetinin Fəlsəfə fakültəsinin binasından hamını təxliyə edib, lakin sonra polis başqa binaya çağırılıb.

Vondracek əlavə edib ki, atəş açan şəxs böyük ehtimalla intihar edib, lakin onun polis gülləsi ilə öldürülməsi versiyası da nəzərdən keçirilir.

“Bu, Kladno rayonunda başlayan və təəssüf ki, burada sona çatan əvvəlcədən düşünülmüş və dəhşətli hücum idi”, – Praqanın polis rəisi bildirib.

Atıcı keçən həftə bir kişini və onun iki aylıq qızını öldürməkdə də şübhəli bilinir. onlar Praqadan uzaqda yerləşən kəndin meşəsində güllə yaraları ilə ölü tapılıblar.

Polis atəş açan şəxsin yüksək nəticə göstərən tələbə olduğunu və əvvəllər heç vaxt cinayət törətmədiyini bildirib.

Çexiyanın baş naziri Petr Fiala ölkənin şərqinə səfərini ləğv edərək Praqaya yola düşüb.

Çexiyada atışma hadisələri olduqca nadirdir. 2019-cu ildə 42 yaşlı kişi Ostravada xəstəxananın qəbulunda 6 nəfəri öldürüb, sonra isə intihar edib. 2015-ci ildə Uherski-Brod şəhərində bir nəfər 8 nəfəri öldürmüş, sonra isə intihar etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki