image-1backend

Putin İran haqqında danışıb

image-reklam_sirab_01

Vətəninfo.az Aftab News-ə istinadən  xəbər verir ki, Rusiya prezidenti İranın Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət sazişi imzalamasını alqışlayıb və bu addımın əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını bildirib.

Vladimir Putinin sözlərinə görə, bununla bütün növ mallar İran bazarına gömrük rüsumları olmadan çıxış əldə edəcək.

Qeyd edək ki, dünən Avrasiya İttifaqının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində İranla Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarusun üzv olduğu Avrasiya İqtisadi Birliyi arasında ilk azad ticarət sazişi İranın Sənaye, Mədən və Ticarət naziri və adıçəkilən beş ölkənin rəsmiləri, habelə Avrasiya İqtisadi Komissiyası tərəfindən imzalanıb.
Sazişə əsasən, İranla Avrasiya İttifaqı arasında ticarətin artırılması və əməkdaşlığın genişləndirilməsi məqsədilə kommersiya əlaqələrinin asanlaşdırılması və qeyri-tarif maneələrinin aradan qaldırılması ilə yanaşı, tərəflər arasında malların təxminən 87%-dən idxal rüsumunun ləğv edilməsi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki