Ukrayna danışıqlar barəsində düşünməyə başlayıb.
Vladimir Putin Ukraynanın artıq Rusiya Federasiyası ilə danışıqlar haqqında düşündüyünü bildirib.
“Ukraynada danışıqlar prosesi haqqında düşünürlər, bu, düzgün istiqamətdə transformasiyadır. Buna görə sizi tərifləyəcəm, amma bu kifayət deyil”, – Putin deyib.
O əlavə edib ki, əgər Ukrayna danışıqlar prosesini istəyirsə, o zaman “teatr jestləri”ndən uzaq durmalı, danışıqları qadağan edən fərman ləğv edilməlidir.publika.az


























