image-1backend

Putin: “Orta Şərqdə baş verən hadisələrdən Rusiya əleyhinə də istifadə edilir”

image-reklam_sirab_01

“Yüz minlərlə günahsız insanın ayrı-seçkilik edilmədən öldürüldüyü Qəzza zolağında baş verən dəhşətli hadisələrə heç bir bəraət qazandırmaq olmaz”.

Vətəninfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının hava limanında İsraildən gedən bir təyyarə səbəbiylə etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən insidentlə bağlı verdiyi açıqlamada deyib.

Orta Şərqdə baş verən hadisələrdən Rusiya əleyhinə də istifadə edildiyini irəli sürən Putin deyib:

“Bu məqsədlə yalan, təxribat, mürəkkəb, aqressiv psixoloji və informasiya elementlərindən istifadə edirlər”.

Vladimir Putin Orta Şərqdə yeni böhranın İsrailə hücumla başladığını vurğulayıb:

“Təəssüf ki, biz də görürük ki, cinayətkarları və terrorçuları cəzalandırmaq əvəzinə, kollektiv məsuliyyət prinsipindən qisas almaq üçün istifadə olunur. Yüz minlərlə günahsız insanın ayrı-seçkilik edilmədən öldürüldüyü Qəzza zolağında baş verən dəhşətli hadisələrə heç bir bəraət qazandırmaq olmaz. Onların bombardmandan qaçıb gizlənəcək yerləri yoxdur”.

Fələstində mülki vətəndaşların itkisinə görə kədərləndiyini bildirən Putin deyib:

“Qanlı uşaqlara, ölən uşaqlara, qadınların, qocaların necə əziyyət çəkməsinə, tibb işçilərinin necə ölməsinə baxanda təbii ki, yumruqlarını sıxırsan, gözünə yaş gəlir. Bunu başqa cür ifadə etmək mümkün deyil”.

Putin çıxışında Dağıstanın Mahaçqala hava limanında baş verən hadisələrdən danışıb:

“Mahaçqalada baş verənlər Qərb agentlərinin, xüsusən də Ukrayna ərazisindən, o cümlədən sosial medianın əlindən çıxıb”.

Dağıstanda yaşayan tatlara (dağ yəhudilərinə) hücum etməklə Fələstinə kömək edə bilməyəcəyini bəyan edən Putin “Fələstinə kömək etməyin yeganə yolu bu faciənin arxasında duranlarla mübarizə aparmaqdır. Biz Rusiya olaraq xüsusi hərbi əməliyyat çərçivəsində onlarla mübarizə aparırıq. Həm özümüz, həm də əsl azadlıq istəyənlər üçün mübarizə aparırıq” deyib.

Vladimir Putin onu da vurğulayıb ki, ABŞ qlobal güc kimi zəifləyir və buna görə də Rusiya da daxil olmaqla, digər rəqiblərində xaos vasitəsilə qeyri-sabitlik yaratmağa çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki