Vətəninfo.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gündəmdədir, lakin hələlik konkret tarixlər yoxdur, bu, iki liderin iş qrafikindən asılı olacaq.
“Bu (səfər – red.) gündəmdədir, türk tərəfdaşlarımızla təmasdayıq, lakin hələ dəqiq tarixlər yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir”, – deyə Peskov Türkiyəyə səfəri ilə bağlı planlardan danışıb.
O qeyd edib ki, bu yaxınlarda Rusiya Federasiyası prezidentinin özü belə bir səfərə hazır olduğunu bildirib.


























