image-reklam-veteninfo
image-1backend

Qalmaqal: Kolumbiya İsrail səfirini ölkədən qovur

image-reklam-veteninfo

Kolumbiya prezidenti Qustavo Petro İsrail səfiri Qali Daqanı diplomat Fələstinliləri dəstəklədiyinə və İsraili HƏMAS-ın İsrailə hücumundan sonra günahlandırdığına görə tənqid etdikdən sonra ölkədən çıxaracaq. Vətəninfo.az xəbər verir ki,  “National Review” yazır ki, Petro Daqanın üzr istəməli və ölkəni tərk etməli olduğunu bildirib.

Kolumbiya prezidenti İsrailin hərbi əməliyyatlarını nasistlərin yəhudilərə qarşı təqibi ilə müqayisə etdikdən sonra Daqan Petronu tənqid edib. “Dünyanın heç bir demokratı Qəzza zolağının həbs düşərgəsinə çevrilməsi ilə barışa bilməyəcək”, – deyə Petro bildirib.

O qeyd edib ki, Kolumbiya İsraillə beynəlxalq əlaqələri dayandıracaq.

Kolumbiyaya ən böyük silah tədarükçülərindən biri olan İsrail Petronun açıqlamasından sonra ölkəyə silah ixracını dayandırıb.

Petro israillilərə qarşı ilk dəfə deyil ki, belə bəyanatlar verir. prezident daim X-də fələstinliləri dəstəkləyən məlumatlar dərc edir. O, həmçinin Qəzzaya humanitar yardım göndərəcəyinə söz verib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki