image-1backend

Qasırğa Rusiyada can aldı: 3 nəfər həlak oldu

image-reklam_sirab_01

Rusiya Federasiyasının Kemerovo vilayətində qeydə alınan güclü qasırğa nəticəsində ölənlərin sayı 3-ə çatıb, daha 18 nəfər xəsarət alıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin rəhbəri Aleksey Şulqinə istinadən məlumat yayıb.

Qurum rəsmisi bildirib ki, rayonda əlverişsiz hava şəraiti küləyin güclənməsi və güclü tufanla müşayiət olunur, nəticədə elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verir.

Bundan əlavə, 150-dən çox ev və inzibati binaların dam örtüyünə ziyan dəyib.

Bundan əvvəl məlum olub ki, Novokuznetsk ticarət mərkəzinin yaxınlığında nəhəng lövhə yoldan keçən qadının üzərinə düşüb və onun ölümünə səbəb olub.

Xatırladaq ki, bu gün güclü qasırğa Sibirin bir neçə regionunu vurub, binaları dağıdıb, ağacları kökündən çıxarıb, elektrik enerjisi təchizatını və nəqliyyatın hərəkətini iflic edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image