Xilasedicilər Qaraqandadakı “Arcelormittal Temirtau” şirkətinin Kostenko mədənində baş vermiş qəzada həlak olan sonuncu şəxsin qalıqlarını tapıblar. Bununla da faciə qurbanlarının ümumi sayı 46 nəfərə çatıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Sirim Şərifanov hökumətin iclasında məlumat verib.
“Bu gün axtarış-xilasetmə əməliyyatları zamanı 45 şaxtaçının cəsədi və ehtimal ki, 46-cı mərhumun qalıqları tapılıb.
Ölənlərdən 40-nın şəxsiyyəti müəyyən edilib, 6-nın şəxsiyyəti hələ də bəlli deyil.
Onların şəxsiyyətinin müəyyən edilməsi üçün zəruri ekspertizalar aparılır”, – deyə o bildirib.


























