image-1backend

Qəzza zolağında qurbanların sayı 20 mini keçib

image-reklam_sirab_01

İsrail-Fələstin münaqişəsinin son gərginləşməsi nəticəsində oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında ən azı 20 min insan həlak olub. Vətəninfo.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı Fələstin anklavının hakimiyyət orqanlarının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, qurbanlar arasında 8 min uşaq, 6,2 min qadın var.

Təxminən 6,7 min nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, dekabrın 19-na olan məlumata görə, Qəzza zolağının Səhiyyə Nazirliyi 19 667 ölü, 52 586 yaralı olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki