Vətəninfo.az Əl-Ərəbiyyə telekanalına istinadən xəbər verir ki, Qəzza zolağının cənub bölgələrində atəşkəs 5 saat davam edəcək. Mənbənin sözlərinə görə, bu addım əcnəbi vətəndaşların anklavı tərk etməsinə, həmçinin Qəzzaya humanitar yardım göndərilməsinin mümkünlüyünə hesablanıb.
Atəşkəs yerli vaxtla saat 09:00-da qüvvəyə minəcək, münaqişə tərəfləri onun həyata keçirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Al Arabiya xəbər verir ki, ən azı 100 yardım maşını Qəzza-Misir sərhədindəki Rəfah keçid məntəqəsində toplaşıb və humanitar dəhlizin açılmasını gözləyir.
Hazırda telekanalın məlumatına görə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağına hücum edir.


























