image-1backend

Qəzzada öldürülən jurnalistlərin sayı 49-a çatıb

image-reklam_sirab_01

Qəzza zolağında hərbi eskalasiya başlayandan bəri bölgədəki vəziyyəti işıqlandıran 49 KİV əməkdaşı öldürülüb.

Vətəninfo.az  xəbər verir ki , bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu, bu sektorda çalışan jurnalistlərin ümumi sayının 4 faizini təşkil edir.

Bundan əvvəl Fələstinli jurnalistlərin birliyi Qəzza zolağında əlaqə kəsilən onlarla jurnalistin taleyindən narahatlığını bildirib. Təşkilat İsrail hərbçilərinin onlara qarşı repressiyalarından qorxduqlarını bildirib və Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlardan məsələyə müdaxilə edərək onların müdafiəsini təmin etməyi xahiş edib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres öz növbəsində bildirib ki, “4 həftə ərzində Fələstin anklavında ən azı son 30 ildə baş verən hər hansı digər münaqişədən daha çox jurnalist öldürülüb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki