image-reklam-veteninfo
image-1backend

Rəisi və bin Salman Fələstin-İsrail münaqişəsini müzakirə ediblər

image-reklam-veteninfo

İran prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə İsrail və HƏMAS arasında davam edən münaqişəni müzakirə edib. Vətəninfo.az-ın məlumatına görə , IRNA agentliyi telefon danışığının 45 dəqiqə davam etdiyini bildirib.

Bu, mart ayında Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmadan və diplomatik münasibətlərin bərpasından sonra iki lider arasında ilk telefon danışığıdır.

İran prezidentinin siyasi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cəmşidi deyib: “Rəisi ilə Məhəmməd bin Salman arasında ilk telefon danışığı zamanı Fələstinlə bağlı, eləcə də hərbi cinayətlərin dayandırılması zərurəti ilə bağlı mühüm fikir mübadiləsi aparılıb”.

O əlavə edib ki, tərəflər İslam dünyasının birliyini də vurğulayıblar.

İki lider həmçinin vurğulayıblar ki, “sionist rejimin cinayətləri və ABŞ tərəfindən onlara yaşıl işıq yandırılması” bu rejim və onun havadarları üçün dağıdıcı nəticələrə səbəb olacaq.

Rəisi ilə bin Salman arasında telefon danışığı ABŞ-da müsbət qarşılanıb. “Washington Post” qeyd edir ki, dövlət katibi Entoni Blinkeni İsrailə müşayiət edən ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmilərindən biri jurnalistlərə deyib ki, belə çətin vaxtlarda diplomatik kanallardan istifadə “normal” və “açıq desək, faydalıdır”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki