image-1backend

Respublikaçılar İranın İraqdakı aktivlərinin blokdan çıxarılmasını tənqid ediblər

image-reklam_sirab_01

Vətəninfo.az “İndependent Persian” saytına istinadən  xəbər verir ki, ABŞ-ın Respublikaçılar Partiyasının bir qrup üzvü hesab edir ki, İran hökuməti İraqda dondurulmuş 10 milyard dollar aktivinin blokdan çıxarılmasından sonra bunu Amerika və İsrail qüvvələrinə hücum etmək üçün xərcləyəcək.
Məlumata görə, bir sıra xarici siyasi ekspertlər və Respublikaçılar Partiyasının üzvləri İranın dondurulmuş pullarının blokdan çıxarılmasının ardından Bayden hökumətini sərt tənqid ediblər və bu addımı ehtiyatsız və təhlükəli adlandıraraq bildiriblər ki, bu siyasət Amerikanı dünyada “axmaq” kimi göstərəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki