Finlandiya NATO-ya daxil olduqdan sonra Moskva qərb sərhədlərində öz qüvvələrini artırır.
Vətəninfo.az xəbər verir ki, Rusiya tezliklə Finlandiya və Norveçlə həmsərhəd olan Şimal Hərbi Dairəsinə özünün ən yeni haubitsalarını yerləşdirəcək. Bunu “Rostec”in rəhbəri Serhiy Çemezov deyib.
O, həmçinin yeni “Koalisiya-SV” özüyeriyən artilleriya qurğularının sınaqlarının başa çatdığını və artıq onların seriyalı istehsalına başlandığını bildirib.


























