image-1backend

Rusiya Qafanda konsulluq açılmasına razılıq verdi: Mişustin qərar imzalayıb

image-reklam_sirab_01

Rusiya hökuməti Sünik vilayətinin Qafan şəhərində baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib. Vətəninfo.az  xəbər verir ki, müvafiq qərarı Rusiya hökumətinin başçısı Mixail Mişustin imzalayıb.

Həmin qərarda deyilir: “Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası Hökuməti ilə Ermənistan Respublikası Hökuməti arasında nota mübadiləsi yolu ilə Kapan şəhərində Rusiya Federasiyasının Baş Konsulluğunun yaradılması haqqında saziş bağlamaq təklifi qəbul edilsin”.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota mübadiləsi aparmaq tapşırılıb. Zəruri hallarda layihədə fundamental xarakter daşımayacaq dəyişikliklərin edilməsinə icazə verilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki