image-1backend

Rusiya Ukrayna ordusunun iki gürcü zabitini həbs etdi

image-reklam_sirab_01

Rusiya Ukrayna ordusunun sıralarında döyüşən iki gürcü silahlısını əsir götürüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İnterpressnews Rusiya Federasiyasının Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Təşkilatın Telegram kanalında yayılan videoda Ukrayna silahlı qüvvələrinin tərkibində döyüşmüş Gürcüstan vətəndaşı Giorgi Qoqlidzenin əsir götürüldüyü bildirilir.

Onun Ukraynanın 2-ci Xarici legionunda döyüşdüyü deyilir.

Eyni zamanda, TASS agentliyi Ukraynanın 2-ci Xarici Legionunda döyüşən daha bir gürcü Giorgi Çubetdzenin ələ keçirildiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image