Rusiya Federasiyasının Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Belqorod, Bryansk və Kursk vilayətlərində 31 Ukrayna pilotsuz təyyarəsini məhv etdiyini bildirib. Bu barədə Vətəninfo.az TASS agentliyinə istinadən xəbər verir .
Öz növbəsində, Bryansk qubernatoru Aleksandr Boqomaz Telegram-da bildirib ki, Ukrayna silahlı qüvvələri bir neçə yaşayış məntəqəsini, xüsusən də Sevski, Pojarski, Klimovo, Trubçevsk rayonlarını reaktiv yaylım atəşindən kasetli sursatlarla atəşə tutub. İlkin məlumata görə, itki yoxdur. Yaşayış evlərinin və məişət tikililərinin qismən dağıntıları var.
Öz növbəsində Ukrayna tərəfi oktyabrın 3-də axşam saatlarında Rusiya silahlı qüvvələrinin Xersonu atəşə tutması, nəticədə 1 nəfərin öldüyü, 9 nəfərin yaralandığı barədə məlumat yayıb.