Ukraynanın şərq və cənub cəbhələrində döyüşlərin intensivliyi şənbə və bazar günləri əhəmiyyətli dərəcədə artıb. Toqquşmaların sayı demək olar ki, iki dəfə artıb. 38 hərbi toqquşma olub, lakin onlar cəbhə xəttində ciddi dəyişikliyə səbəb olmayıb.
Vətəninfo.az- in BBC Rus Xidmətinə istinadən verdiyi məlumata görə , Rusiya bu gecə Ukraynanın Krivoy Roq şəhəri istiqamətində PUA buraxıb. Ukraynanın hava hücumundan müdafiə sistemləri 3 PUA-nı vurub.
Rusiya tərəfi də öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Belqorod vilayətinin Kozinka kəndinə hücum etdiyini bildirib. Yaşayış binasının üzərinə mərmi düşüb. Belqorod qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb.