image-reklam-veteninfo
image-1backend

Rusiyalı milyarder sərbəst buraxıldı – 8 milyon avro girov müqabilində

image-reklam-veteninfo

Fransada saxlanılan rusiyalı milyarder Aleksey Kuzmiçev 8 milyon avro girov müqabilində sərbəst buraxılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazır.

Nəşr qeyd edir ki, Kuzmiçev Fransa polisi tərəfindən çirkli pulların yuyulması və vergi fırıldaqları ittihamı ilə saxlanılıb. Rusiyalı oliqarx iki günlük həbsdən sonra Paris məhkəməsinin maliyyə şöbəsinin müstəntiq hakimi qarşısına çıxıb.

Prokurorun onu həbs etmək tələbinə baxmayaraq, Kuzmiçev 8 milyon avroluq girov ödəmək öhdəliyi ilə məhkəmədə sərbəst buraxılıb. Onun Fransanı tərk etməsinə qadağa qoyulub.
Fransa polisi Kuzmiçevin yaşadığı Sen-Tropedəki villada və onun Parisdəki şəxsi otelində isə axtarışlar aparıb, 40 polis əməkdaşı bu əməliyyatlara cəlb edilib.

Nəşr öz mənbələrinə istinadla iddia edir ki, Kuzmiçevlə bağlı istintaq 2023-cü ilin fevralında başlayıb.“AzPolitika.info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki