image-1backend

Rusiyanı tərk edən Qərb şirkətləri nə qədər itirib?

image-reklam_sirab_01

Rusiyanı tərk edən qərb şirkətləri 103 milyard dollardan çox itirib.
Vətəninfo.az Ura.ru saytına istinadən  xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib

“Ölkəmizdən çıxdığını elan edən qərb şirkətləri 103 milyard dollardan çox itirib. Bu pul Rusiyada qaldı”, – Volodin Telegram kanalında yazıb.

Onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər Rusiya Federasiyasının ÜDM-i 3 faiz artacaq.

Rusiya parlamentinin spikeri qeyd edib ki, yaxın 6 ayda Avropa ölkələrində iqtisadi tənəzzül gözlənilir.

Volodinin sözlərinə görə, bu, koronavirus epidemiyasından sonra ilk azalma olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki