image-1backend

Rusiyanın məşhur generalı və həyat yoldaşı öldürüldü

image-reklam_sirab_01

Rusiya Müdafiə və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı Ordusunun keçmiş komandanı Vladimir Sviridov Stavropol vilayətində öz evində ölü tapılıb. Vətəninfo.az  Baza istinadən xəbər verir ki, onun yanında  həyat yoldaşının meyidi də tapılıb.

Noyabrın 15-də günorta saatlarında 68 yaşlı Vladimir Sviridov və onun 72 yaşlı həyat yoldaşı Tatyana Sviridovanın meyitləri Ajiyevski kəndindəki evlərində tapılıb. İlkin məlumata görə, cütlük təxminən bir həftə əvvəl dünyasını dəyişib.

Qaz xidmətinin əməkdaşları tərəfindən artıq ölçmə işləri aparılıb və zərərli maddələrin icazə verilən qatılıq həddini aşması aşkar edilməyib.

Sviridovlar ailəsinin ölümünə nəyin səbəb olduğu hələlik məlum deyil.
2005-2009-cu illərdə aviasiya general-leytenantı Vladimir Sviridov Rusiya Hava Hücumundan Müdafiə və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı Ordusunun rəisi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki