Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya prezidenti Bəşər Əsədin həbsi üçün beynəlxalq orderin verilməsini məhkəmənin qərəzliliyinin təzahürü adlandırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti yazır .
“Qərb məhkəmə sistemi həm milli, həm də beynəlxalq səviyyədə öz qərəzliliyini dəfələrlə sübut edib”, – Lavrov deyib.
Xatırladaq ki , daha əvvəl məlum olmuşdu ki, Fransa məhkəməsi 2013-cü ildə kimyəvi silahdan istifadə ittihamı ilə Əsədin həbsinə order verib.