Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov deyib: “Moskva beynəlxalq normalara uyğun olaraq, xüsusilə hərbi texniki sahələrdə İranla əməkdaşlığı möhkəmləndirəcək”.
O, bu gün (cümə axşamı) jurnalistlərə açıqlamasında İranla bağlı məsələlərə toxunub və bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının İslam Respublikasının raket proqramına qoyduğu məhdudiyyətlərin aradan qaldırılmasından əməkdaşlığı inkişaf etdirmək üçün istifadə etmək niyyətindədir.
“Biz əməkdaşlığımızı qarşılıqlı maraqlar əsasında, beynəlxalq öhdəliklərə və bu sahədə mövcud konvensiyalara uyğun olaraq inkişaf etdirməyə davam edəcəyik. İndi, BMT-nin 2231 saylı qətnaməsindəki bəzi məhdudlaşdırıcı müddəaların müddəti başa çatdıqdan sonra, bu məhdudlaşdırıcı tələblər daha azdır. Təbii ki, biz bu fürsətdən istifadə edəcəyik və bu, heç kimdə sual doğurmamalıdır”,-deyə o, əlavə edib.


























