image-reklam-veteninfo
image-652f00a408a6dbackend

”Şəhidlərin qanı yerdə qalmadı”

image-reklam-veteninfo

Şəhidlərin qanı yerdə qalmadı. Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ”Pəncə-Kilid” əməliyyatı bölgəsində törədilən hücumlardan sonra zərərsizləşdirilən terrorçuların sayının 30-a yüksəldiyini açıqlayıb. Xain terror təşkilatına Suriya ilə sərhəddə ağır zərbə endirilib.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı terror təşkilatı PKK-nın dırnaqarası Ayn Əl Ərəb liderini zərərsizləşdirib.
Milli Müdafiə Naziri Yaşar Gülər ​​”Pəncə-Kilid” əməliyyatı bölgəsində yaralanan əsgərləri ziyarət etdikdən sonra onu müşayiət edən hərbi rəsmilərlə 23-cü Piyada Diviziya Komandanlığına baş çəkib.
Nazir Yaşar Gülər ​​burada hərbi mərasimlə qarşılanıb
Daha sonra nazir Yaşar Gülərin sədrliyi ilə Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu və birlik komandirlərinin iştirakı ilə toplantı keçirilib.
Nazir Yaşar Gülər ​​”Pəncə Kilid” əməliyyatı bölgəsindəki son vəziyyətlə bağlı məlumat alıb və əməliyyatlarla bağlı tapşırıqlar verib.
Yaşar Gülər ​​”Pəncə-Kilid” bölgəsindəki hücumlardan sonra zərərsizləşdirilən terrorçuların sayının 30-a yüksəldiyini açıqlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki