İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bölgədə münaqişələrin miqyasının genişlənməsi ehtimalının olduğunu bildirərək deyib:
“İran bütün vəziyyətlərə hazırdır. Müharibə genişlənməyə davam edir və buna Livan da qarışıb. Ola bilsin ki, qarşıdurmanın miqyası daha da artsın”.
Bundan əlavə, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif artan müharibə miqyasına toxunaraq deyib:
“İran və Hizbullahın Yaxın Şərq münaqişəsinə girməsi İsrailin ümidlərinin sonudur”.


























