Serbiya prezidenti Aleksandr Vuçiç fərmanla Milli Məclisi buraxıb və dekabrın 17-nə növbədənkənar parlament seçkiləri təyin edib. Vətəninfo.az xəbər verir ki, bu barədə RTS məlumat yayıb.
“Biz bütün dünya üçün çətin günlər yaşayırıq. Biz hamımız həyati vacib milli və dövlət maraqlarını qorumaq üçün mübarizədə birləşməliyik”, – deyə Vuçiç videomüraciətində Kosovo məsələsi ilə bağlı ölkəyə qarşı gözlənilən təzyiqlər barədə xəbərdarlıq edib.
Bundan əvvəl, oktyabrın 30-da Serbiya hökuməti Vuçiçə Milli Assambleyanın buraxılması və deputatlar üçün yeni seçkilərin təyin edilməsi təklifi göndərib.
Hakimiyyət yeni seçkilərin keçirilməsini bir çox “cəmiyyət hissələrinin”, eləcə də müxalifət partiyalarının xahişi ilə şərtləndirdi.


























