image-11backend

Şimali Koreya dünyanın bir sıra ölkələrindəki səfirliklərini bağladı

image-reklam_sirab_01

Şimali Koreya İspaniya, Honq-Konq və bir sıra Afrika ölkələrində ona yaxın səfirliyini bağlayıb. Vətəninfo.az-ın məlumatına görə , Reuters agentliyi Pxenyanın diplomatik nümayəndəliklərinin 25%-nin bağlandığını bildirir.

Cənubi Koreyanın Birləşmə Nazirliyi bəyan edib ki, Şimali Koreyanın bu addımı ölkənin xarici ölkələrdə pul qazanmaqda çətinlik çəkdiyini göstərir və bu, beynəlxalq sanksiyaların səbəbidir. Müxtəlif ekspertlərin fikrincə, səfirliklərin bağlanması həm də Şimali Koreyanın iqtisadi tənəzzülündən xəbər verir.

KXDR-in Anqola və Uqandadakı səfirləri keçən həftə həmin ölkələrin liderləri ilə vidalaşıblar, baxmayaraq ki, həm Anqola, həm də Uqanda 1970-ci illərdən Şimali Koreya ilə dostluq əlaqələri və hərbi əməkdaşlıq edir.

Şimali Koreyanın 159 ölkə ilə rəsmi əlaqələri var, lakin 53 xarici ölkədə diplomatik nümayəndəlikləri var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki