image-zengezurbackend

“Sülh kəsişməsi” layihəsində İranın adı: Ermənistan Zəngəzur dəhlizinə hansı alternativ təklif edib?”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İran-Avrasiya Araşdırmalar İnstitutunun saytı yazır: “Oktyabrın 26-da Gürcüstanın Tbilisi şəhərində keçirilən İpək Yolu Forumunda Ermənistanın baş naziri İrəvanın “Sülh kəsişməsi” layihəsi ilə bağlı təklifini ilk dəfə rəsmi şəkildə irəli sürüb.
Nikol Paşinyan deyib: “Bu layihənin əsas məqsədi avtomobil, dəmir yollarının, boru kəmərlərinin, kabel və ötürücü xətlərin yenidən qurulması, tikintisi və istismara verilməsi yolu ilə  Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında əlaqə yaratmaqdır”.
Onun sözlərinə görə, İrəvan yaxın vaxtlarda Azərbaycan, Türkiyə, Gürcüstan və İran hökumətlərinə bu layihə üzərində işə başlamaq üçün rəsmi sorğu göndərəcək.
Görünür, İrəvanın bu təşəbbüsü Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə alternativdir. Həmin dəhlizin məqsədi Ermənistanın cənubundakı Sünik vilayətindən keçməklə Naxçıvana birbaşa çıxış üçün marşrut xəttinin çəkilməsidir.
Qeyd edək ki, Paşinyan “Sülh kəsişməsi” layihəsində Rusiyanın rolunu qeyd etməyib. Halbuki, Ermənistanın dəmir yollarını Rusiya idarə edir, habelə Rusiya qüvvələri Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyur…”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki