image-reklam-veteninfo
image-1backend

“Telegram” radikal HƏMAS hərəkatının rəsmi kanalını BLOKLADI

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir  ki, “Telegram” messenceri Fələstinin radikal HƏMAS hərəkatının rəsmi kanalına Android istifadəçiləri üçün girişi məhdudlaşdırıb.

Kanala daxil olduqda, bəzi kanallara girişin Google Play qaydaları ilə məhdudlaşdırıla biləcəyini bildirən bir pəncərə görünür.

Eyni zamanda HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadası” teleqram kanalı da bağlanıb.
Fələstin müqavimət hərəkatının rəsmi nümayəndəsi İzzat ər-Rişqanın kanalı hələ də mövcuddur.

Blokada HƏMAS-ın müttəfiqi “İslami Cihad” təşkilatının və Livanın “Hizbullah” şiə hərəkatının kanallarına təsir etməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki