image-reklam-veteninfo
image-6049f4cd151aabackend

Türk əsgəri şəhid oldu

image-reklam-veteninfo

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin piyada çavuşu Rəcəb Parlaq terrorçuların atəşi nəticəsində şəhid olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə  Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, qəhrəman əsgərimiz sentyabrın 30-da yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxilələrinə baxmayaraq, R. Parlağın həyatını xilas etmək mümkün olmayıb. Bizi dərin ağrı və hüznə qərq edən bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik.

Türkiyə Milli müdafiə naziri Yaşar Gülər ​​də şəhid Parlak üçün başsağlığı mesajı yayımlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki