image-reklam-veteninfo
image-777backend

Türkiyə MN: ‘‘İraqın şimalında 22 hәdәf dә mәhv edilib’’

image-reklam-veteninfo

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən hava əməliyyatında 22 hədəfin məhv edildiyini, çox sayda terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, bu  barədə Türkiyə  Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.

Paylaşımda vurğulanıb ki, PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki