image-reklam-veteninfo
image-1backend

Türkiyə MN: ”Terrorçulara məxsus 19 hədəf məhv edilib”

image-reklam-veteninfo

İraqın şimalında həyata keçirilən hava əməliyyatları ilə separatçı terror təşkilatının istifadə etdiyi və terrorçuların olduğu düşünülən mağara, sığınacaq və anbarlardan ibarət 19 hədəf məhv edilib.

Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda separatçı terror təşkilatı PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, İraqın şimalından Türkiyəyə və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror aktlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əməliyyatının həyata keçirildiyi bildirilib.
Hava əməliyyatının BMT nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyi qeyd olunub.
Bəyanatda bu ifadələrə yer verilib: “Keçirilən əməliyyatlarda yerli və milli imkanlarla hazırlanan silah-sursatdan maksimum istifadə edilərək çox sayda terrorçu zərərsizləşdirilib. Bu əməliyyat zamanı günahsız insanlara, dost ünsürlərə, tarixi-mədəni sərvətlərə və ətraf mühitə ziyan dəyməməsi üçün lazımi tədbirlər görülüb”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki