image-1backend

Türkiyə Silahlı Qüvvələrindən PKK-ya ağır zərbə  : 29 hədəf məhv edildi

image-reklam_sirab_01

Türkiyə Milli Müdafiə Nazirliyi dünən İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində baza bölgəsinə soxulmağa cəhd göstərən terrorçularla qarşıdurmada 6 əsgərin şəhid olduğunu, 1 əsgərin yaralandığını bildirib.

Vətəninfo.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada deyilib:

“24 dekabr 2023-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla baş verən qarşıdurmada 6 qəhrəman əsgərimiz şəhid olub, bir qəhrəman əsgərimiz isə yaralanıb. İlkin təsbitlərə görə, qarşıdurmada 13 terrorçu zərərsizləşdirilib. Bölgədə təmas davam edir. Müəyyən edilmiş hədəflərə qarşı qəfil hava əməliyyatları da həyata keçirilir”.

Türkiyə Milli Müdafiə Nazirliyindən əvvəlki açıqlamada separatçı terror təşkilatının İraqın şimalında həyata keçirdiyi hücumda 6 əsgərin şəhid olduğu bildirilmişdi.

Şəhid xəbərindən sonra dövlətin zirvəsindən bir-birinin ardınca başsağlığı mesajları yayıldı.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş xainlərə layiq olduqları cavabın veriləcəyini vurğulayarkən, vitse-prezident Cevdet Yılmaz “Millətimizə başsağlığı verirəm” deyib.

Milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Prezident Administrasiyasının Kommunikasiya direktoru Fahrettin Altun da sosial media hesablarında şəhid əsgərlər üçün başsağlığı veriblər.

Türkiyə Böyük Millət Məclisində 4 siyasi partiyanın imzaladığı bəyannamədə “Terror və zorakılığın heç vaxt məqsədlərinə çatmayacağı” bildirilib.

Bu arada, İraqın şimalında və Suriyada 29 terror hədəfi hava əməliyyatları ilə məhv edilib.

Milli Müdafiə Nazirliyinin sosial media hesabından İraq və Suriyanın şimalında həyata keçirilən hava əməliyyatları ilə bağlı “Şəhidlərimiz üçün” başlığı ilə qaylaşım edilib.

Paylaşımda PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, İraq və Suriyanın şimalında xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının aradan qaldırılması, sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, İraq-Suriyanın şimalında Türkiyə vaxtı ilə dünən saat 22.00-da terrorçuların hədəflərinə qarşı hava əməliyyatları həyata keçirildiyi bildirilib.

“29 hədəf, o cümlədən sığınacaqlar, neft obyektləri və anbarlar məhv edilib”, – deyə qeyd olunub.

Havadan da endirilən zərbələr nəticəsində çox sayda terrorçu məhv edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki