Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyəyә geri qaytarılan qaçqınlar xilas edilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyənin Muğla şәhәrinin Bodrum qәsәbәsində Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyəyә geri qaytarılan qaçqınlar Türkiyə sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilib.
Türkiyə sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı 29 qaçqının xilas edildiyi bildirilib.
Türkiyə sahil mühafizә dәstәlәri hәmçinin qeyri-qanuni şәkildә xaricә getmәyә cәhd göstәrәn 35 qaçqını saxlayıb.
Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.


























