Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri qaytarılan qaçqınlar xilas edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığından verilən məlumatda bildirilib. Məlumata görə, Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri qaytarılan 24 qaçqın xilas edilib.
Mәlumatda hәmçinin Muğlanın Bodrum qәsәbәsindә 92 qeyri-qanuni miqrantın saxlanıldığı bildirilib.
Qeyri-qanuni miqrantlar әmәliyyatlardan sonra Miqrasiya İdarәsinә göndәrilib.


























