image-reklam-veteninfo
image-1backend

Ukrayna 500 min nəfəri səfərbər etmək istəyir – Zelenski

image-reklam-veteninfo

Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransı zamanı bildirib ki, ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı əlavə 450-500 min nəfərin səfərbər edilməsini xahiş edib.Vətəninfo.az  xəbər verir ki , bu barədə RBC-Ukrayna dövri nəşri məlumat yayıb.

“Ali Baş Komandan və Baş Qərargah səfərbərlik üçün müraciət edib… Məsələ həssasdır. Onlar dövlətimizin müdafiəsi və mümkün əks-hücum tədbirləri, kəsir məsələsinə toxundular. Və onların nöqteyi-nəzəri belə idi, onlar əlavə 450-500 min nəfəri səfərbər etməyi təklif etdilər”, – deyə Ukrayna rəhbəri bildirib.

Zelenskinin sözlərinə görə, bu, ciddi göstəricidir. O, hərbçilərə cavab verib ki, belə bir addım daha çox arqument tələb edir, çünki bu, insanlar, ədalət, müdafiə qabiliyyəti və maliyyə məsələsidir.

O, həmçinin əlavə edib ki, milyonluq ordunun və iki ildir dövləti qoruyan oğlanların aqibətinin necə olacağı ilə bağlı hərtərəfli plan olmalıdır.

“Pullara gəlincə, bu formatda səfərbərlik Ukraynaya əlavə 500 milyard qrivenə (red.: 13 milyard dollar) başa gələcək”, – deyən Zelenski “pul haradan gələcək?” deyib.

ABŞ və Aİ-də Ukraynaya maliyyə yardımının göstərilməsi ilə bağlı çətinliklər yaranıb. ABŞ Konqresi 60 milyard dollarlıq hərbi yardım paketini, Macarıstan isə Aİ-nin Kiyevə 50 milyard avro maliyyə dəstəyinin verilməsini əngəlləyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki