Belqorod vilayətində zenit zərbəsi nəticəsində 3 nəfər yaralanıb.
Belqorod qubernatoru Vyaçeslav Qladkov Ukrayna pilotsuz təyyarəsinin hücumunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki , bu barədə “İnterfaks” məlumat yayıb.
“Hadisə Sovxoznı və Qorkovski kəndləri arasında baş verib. Bu zaman yol işçiləri körpüdə təmir işləri aparırdılar”, – deyə o əlavə edib ki, 3 fəhlə xəsarət alıb.
Onun sözlərinə görə, kişilərdən birinin vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağırdır.