image-1backend

Ukrayna: Dnepr çayının sol sahilindəki bəzi əraziləri nəzarətə götürdük

image-reklam_sirab_01

Ukrayna ordusu Dnepr çayının sol sahilindəki bəzi rayonları nəzarətə götürüb.

Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığının facebook hesabından verilən açıqlamada Xerson bölgəsində Rusiya ordusuna qarşı uğurlu əməliyyatların aparıldığı bildirilib.

Açıqlamada Ukrayna əsgərlərinin Dnepr çayının sol sahilindəki bəzi bölgələri nəzarətə götürdüyü qeyd edilib.

Bölgədəki qarşıdurmalarda 1200-dən çox rus əsgərinin öldüyü, 2200-dən çox rus əsgərinin isə yaralandığı bildirilən açıqlamada Rusiya ordusuna aid 24 tank, 48 zirehli texnika və 89 silahın məhv edildiyi iddia edilib.

Rusiya Müdafiə Nazirliyi Xerson şəhərindəki müdafiə xəttinin 2022-ci il noyabrın 9-da Dnepr çayının sol sahilinə çəkiləcəyini açıqlayıb.

Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı bəyan edib ki, “Rusiyanın Xersonda qaçmaqdan başqa yolu yox idi”.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sənədləri 2022-ci il sentyabrın 30-da, qanunları isə oktyabrın 5-də imzalayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki