image-1backend

UNRWA: ”İsrailin hücumları nəticəsində Qəzzada həlak olan BMT əməkdaşlarının sayı 142-yə çatıb”

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin Qəzza zolağına hücumları nəticəsində 142 əməkdaşının həlak olduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə agentliyin rəsmi ”X” internet səhifəsində edilən paylaşımda bildirilib.
Bəyanata əsasən, Qəzzada öldürülən BMT əməkdaşlarının sayı 142-yə çatıb və bu insanların əksəriyyəti ailələri ilə birlikdə həyatını itirib.

Xatırladaq ki, ”Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 8200-ü uşaq və 6200-ü qadın olmaqla 20 mindən çox fələstinli həlak olub, 54036 nəfər isə yaralanıb. Dağıntılar altında minlərlə ölünün olduğu bildirilir.

İsrail insanların sığındığı xəstəxanalar və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.
İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 486 əsgərinin öldürüldüyünü açıqlayıb.

Noyabrın 24-də 4 gün müddətinə verilən, daha sonra isə daha 3 gün uzadılan “humanitar fasilə” zamanı 81 israilli və 240 fələstinli girov qarşılıqlı olaraq azad edilib.Digər tərəfdən, İsrail minlərlə fələstinlini həbs etməyə davam etdi.

İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələri və yəhudilərin hücumları nəticəsində 303 fələstinli həyatını itirib.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bəri sərhəddə davam edən qarşıdurmalarda 26 livanlı mülki vətəndaş, 124 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 6 İsrail əsgəri həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki