Vətəninfo.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Qəzza zolağında mülki şəxslərə təcili yardım üçün 10 milyon dollar ayıracağını açıqlayıb.
Qəzza zolağındakı vəziyyəti “narahatlıqla izlədiyini” deyən Kamikava Yaponiyanın vəziyyətin ən qısa zamanda sakitləşməsini gözlədiyini bildirib.
Kamikava həmçinin qeyd edib ki, o, iranlı həmkarı ilə danışıqlara hazırlığı yekunlaşdırır.


























