image-reklam-veteninfo
image-2222backend

Zaxarova Makrona cavab verdi: İrəvanı siz məcbur etmisiniz!

image-reklam-veteninfo

“Paris İrəvanı baş verənlərə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa məcbur edib”.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makrona cavab verib.

“Moskva Fransa hakimiyyətinin texnikalarını bilir. Onların qərəzliliyi göz qabağındadır, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında onlar öz maraqlarını güdürdülər və regionda sülhün bərqərar olmasına çalışmadılar”, – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Diplomat Makronu çox zəngin təxəyyülü olan xəyalpərəst kimi xarakterizə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki