image-reklam-veteninfo
image-1backend

Çarlz Mişel: Sülh sazişinin imzalamağın əsl zamanıdır

image-reklam-veteninfo

Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayıb və bunu iki ölkə arasında münasibətlərdə böyük irəliləyiş adlandırıb.

Vətəninfo.az xəbər verir ki, Mişel də saxlanılan şəxslərin azadlığa buraxılmasını alqışlayıb və iki ölkəni tezliklə sülh sazişi bağlamağa çağırıb.

“Biz saxlanılan şəxslərin azad edilməsini və görünməmiş siyasi dialoqun açılmasını xüsusilə alqışlayırıq. Tərəflər arasında dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. bugünkü tərəqqi əsas addımdır. Mən indi liderləri Ermənistan və Azərbaycan arasında sülh sazişini mümkün qədər tez bağlamağa çağırıram”, – Mişel X sosial platformasında yazıb.

Xəbər verdiyimiz kimi , Ermənistan Respublikası Baş nazirinin aparatı və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası birgə bəyanat yayıb və ona əsasən, Azərbaycan 32 erməni hərbçisini azad edib. Ermənistan Respublikası da öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki