image-1backend

ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutuldu

image-reklam_sirab_01

Müxtəlif mənbələrə görə, ABŞ-ın İraqdakı səfirliyi raketlə hücuma məruz qalıb. Bu barədə Vətəninfo.az  “Əl-Cəzirə” nəşrinə istinadən xəbər verir.

Səfirlik Bağdadın mərkəzində dövlət və diplomatik binaların yerləşdiyi “Yaşıl Zona” adlanan ərazidə yerləşir. Qeyd olunur ki, dekabrın 8-i səhər saatlarında ciddi nəzarət edilən Yaşıl Zona ətrafında partlayış səsləri eşidilib.

Müxtəlif KİV-lər ABŞ və İraq ordusundakı mənbələrinə istinadən bildirirlər ki, səhər saatlarında Yaşıl Zonada raketlər düşüb, həyəcan siqnalları çalınıb.

Müxtəlif sosial şəbəkələrdə raketlərin Yaşıl Zonaya düşdüyünü əks etdirən videolar paylaşılıb. Əl-Cəzirə kanalının xüsusi şöbəsi raketlərin ABŞ səfirliyinin yaxınlığında olduğunu təsdiqləyib.

ABŞ-ın Bağdaddakı səfirliyi hələlik bu xəbərləri təsdiqləməyib. Səfirliyin hava hücumundan müdafiə sistemlərinin işə salınması və ya itkilərin olub-olmadığı da aydın deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki